Paytaxtın Fatmayı bağlar sahəsində evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədşah Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

.