Ev və maşınlara qənim kəsilən 3 gənc tutuldu - Video

6,481 oxunub

Balakəndə oğurluq edən 3 gənc saxlanılıb.

ARB TV xəbər verir ki, evlərdən və avtomobillərdən oğurluq edənlərin asan yolla gəlir əldə etmək sevdası elə də uzun çəkməyib.

Rayonun Katex və Kortala kəndlərindən olan bir qrup sakin yaşadıqları evlərin həyətyanı sahəsinin saxlac yerlərindən təsərrüfat əşyalarının və özlərinə məxsus avtomobillərin ehtiyat hissələrinin oğurlanması barədə Balakən rayon Polis Şöbəsinə yazılı surətdə müraciət ediblər.

RPŞ-nin əməkdaşları müraciət əsasında apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsi rayonun Hənifə kənd sakini- 25 yaşlı Elçin Məhəmməd oğlu Musayev, Qaravəli kənd sakini- 21 yaşlı Mirvan Oruc oğlu Qurbanov və Tülü kənd sakini- 23 yaşlı Rəsul Bahaddin oğlu İsmayılov tərəfindən törədilib. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutulub, oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

Yenizaman.az

.
XƏBƏRLƏR 27-09-2026
09:03 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra müdafiə nazirini vəzifəsindən azad edib
08:29 Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
08:26 Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
08:15 Pezeşkian: Məkkə ittifaqı müsəlmanların birləşməsi üçün atılmış addımdır
08:10

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:03 Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
Təqvim