Estoniya İranın Azərbaycana dron hücumlarını pisləyib.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” hesabında yazıb.

“İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı törətdiyi, hava limanında dağıntılara və mülki şəxslərin yaralanmasına səbəb olan dron hücumları beynəlxalq hüququn və dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır.

Regiondakı ölkələrə qarşı bu cür məsuliyyətsiz hərəkətlər qəbuledilməzdir və dayanmalıdır. Estoniya Azərbaycanla həmrəylik ifadə edir və regionda sülh və təhlükəsizliyi dəstəkləyir”, - nazir qeyd edib.
 

.