Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Ketron Eşton ABŞ, Avropa Birliyi, Ukrayna və Rusiyanın görüşünün hansı formatda baş tutacağına aydınlıq gətirib. Görüşdə məqsəd Ukraynadakı böhranı çözməkdir. Bu məlumatı Eştonun köməkçisi yayıb: "Eşton Ukraynadakı vəziyyəti çözmək üçün diplomatik səylərini davam etdirir. Dördlərin görüşündə Avropa Birliyini təmsil edəcək Eştonla yanaşı ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər nazirinin vəzifələrini icra edən Andrey Deşitsa iştuirak edəcək". Görüşün Avropa ölkələrinin birində baş tutacağı deyilir.
.