Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan vasitəsilə dəmir yolu ilə idxalını nəzərdən keçirir.
Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan brifinqdə 90-cı illərdən bəri ilk dəfə olaraq Rusiyadan taxıl partiyasının tranzitlə idxalını şərh edərkən deyib ki, hazırda Rusiyadan müxtəlif malların idxalı üçün müraciətlər hazırlanır.
.
