Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Materiallar hökumətin rəsmi saytında yerləşdirilib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini deyib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisynanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.

.