BƏƏ və Səudiyyə Ərəbistanı ermənilərin Türkiyə əleyhinə apardıqları kampaniyanı dəstəkləyir.
BƏƏ mətbuatı yazır ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ermənilərin bütün dünyada türklərin Osmanlı dövründə erməni qətliamına qarşı keçirdikləri kompaniyaya maddi dəstək olurlar. "Əsrar-ərəbiyyə”nin məlumatına görə Birləşmiş Ərəb Əmirlikləri mətbuatı belə bir xəbəri faş ediblər ki, BƏƏ və Səudiyyə Ərəbistanı dövlətlərinin məsul şəxsləri ermənilərin bütün dünyada türklərin Osmanlı dövründə erməni qətliamına qarşı keçirdikləri kompaniyaya maddi dəstək olurlar. Bu nəşrlər əlavə ediblər:
Bu kompaniyanın məqsədi Türkiyəni Osmanlı dövründə ermənilərə qarşı törədilən qətliamı etiraf etməyə vadar etməkdir.
Xəbərdə deyilir ki, Əbudabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Ali Nəhyan və Səudiyyə Ərəbistanının təhlükəsizlik direktoru şahzadə Bandar bin Soltan ermənilərin bütün dünyada türklərə qarşı apardıqları kompaniyaya maddi dəstək olmaq üçün qərar qəbul ediblər. BƏƏ mətbuatı təkid edir ki, bu ölkə və Ərəbistan bu məqsədlə böyük maliyyə vəsaiti ayırmışdır. Misir prezidenti Mursi devrildikdən sonra Səudiyyə Ərəbistanı və BƏƏ "İxvan”a və onların himayədarlarına qarşı regional və beynəlxalq səviyyədə təzyiqlərə başlamışdır və biz Səudiyyə Ərəbistan və BƏƏ ilə "İxvan”ın əsas himayəçisi olan Türkiyə arasında gərginliyin artdığını müşahidə edirik. Dünyanın müxtəlif yerlərində Türkiyə əleyhinə aparılan bu kompaniyanın dəstəklənməsi də bu baxımdan izah edilir. teref.info
.