Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Hava Limanı Millət Bağçasında “Böyük İstanbul Mitinqi” keçirilib.

“Haber Global” xəbər verir ki, rəsmi məlumata görə, mitinqə 1 milyon 700 min nəfər qatılıb.

Mitinq keçirilən ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb və mitinqə gedən hər kəs polis əməkdaşları tərəfindən yoxlanılıb. Aksiya yerinə gedən nəqliyyat vasitələrinin tam dolu , stansiya platformalarında izdihamın olduğu bildirilib.

Ərdoğan: “Mayın 14-də bəziləri təqaüdə yollanacaq”

“Mayın 14-də bəzilərini təqaüdə yollayacağıq. Onların kim olduğunu bilərsiniz”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə bildirib.

“İstanbul “Hə” deyərsə, bu iş bitər. İstanbul “Bəzilərini təqaüdə yollayacağıq” desə, bu iş bitər”, - dövlət başçısı bildirib.

Mitinq boyu seçkilərdəki əsas rəqibi Kamal Kılıçdaroğlunu tənqid edən Rəcəb Tayyib Ərdoğan onu terror təşkilatları ilə əlbir olmaqda suçlayıb: “Bu terror təşkilatları ilə bərabər gəzən, dolaşan Kılıçdaroğluna vətəni böldürməyəcəyik”.

Eyni zamanda, 2019-cu ildə İstanbulun meri seçilən Ekrem İmamoğlundan bəhs edən Türkiyə Prezidenti ona 2024-cü ildə baş tutacaq növbəti bələdiyyə seçkilərində “lazımi dərsin verilməsinə” işarə edib.

.