Ərdoğan türk bayraqlarının yariya endirməsinə sərt reaksiya verib.
Avropa.info-nun məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxış edib.
Dünən iki nəfərin türk bayrağ dirəyinə çıxaraq bayraqları yarıya endirdiyi görüntü böyük səs-küyə səbəb olub.
Məsələyə sərt reaksiya verən Ərdoğan "Biri hərbi hissəyə girib bayraqları endirəcək, heç kim müdaxilə etməyəcək. Səbəb "PKK ilə razılıq prosesi".
O bayrağı endirənin özünü endirib ölçü götürmək lazım idi. Etməmisənsə məsuliyyət daşıyırsan. Hər halda mən Ankaradan gəlib bayraq endirəni tutan deyildim. Orada vəzifə tutan etməlidir.
Əsgərlə polisin bəhanəsi yoxdur. Nə lazımdırsa etməlidir. Yoldaşlar belə olmaz. Bütün təhlükəsizliyi təmin etməlisiniz. Edə bilmirsinizsə sizin zəifliyinizdir.
Bayrağımıza əl uzadan xainə də onu ora göndərən əli silahlı yiyəsinə də bu dövlət lazımi cavabı verəcək"-deyib.
.