
Azərbaycanlı qardaşlarımıza 6 fevral zəlzələsinin nəticələrinin aradan qaldırılmasına verdikləri güclü dəstək üçün bir daha şəxsim və millətim adına təşəkkür edirəm.
Bunu Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bildirib.
Türkiyə Prezidenti deyib ki, varını-yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç bir zaman unutmayacağıq.
.