Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Anadolu” agentliyi verdiyi məlumata görə, liderlər Qəzza zolağında baş verən hadisələri və koronavorusa qarşı “Sputnik V” vaksinin Türkiyəyə çatdırılması məsələsini müzakirə ediblər.

Ərdoğan Türkiyə və Rusiyanın Qüdsdə baş verənlərlə bağlı eyni mövqedən çıxış etməsinin önəmini vurğulayıb.

Türkiyə lideri böhran böyümədən BMT Təhlükəsizlik Şurasının məsələyə müdaxilə etməsinin və İsrailə hücumları dayandırmaq üçün qəti çağırışlar edilməsinin vacibliyini diqqətə çatdırıb.

.