Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının üzvlərini qəbul edərkən müzakirə olunan mövzuları açıqlayıb.

C. Bayramov bu barədə "X"dəki hesabında yazıb.

Nazir bildirib ki, Ərdoğanın qəbulunda Azərbaycan ilə qardaş türk xalqları arasındakı möhkəm əlaqələr, regional sülh və inkişaf sahəsində ortaq maraqlar, eləcə də enerji, nəqliyyat və digər sahələrdə davam edən birgə səylər barədə fikir mübadiləsi aparılıb.

 

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin xarici işlər nazirlərini qəbul edib.

Görüş İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

.