Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa “Suriyaya qarşı sanksiyaları qaldıracağını” elan etdiyinə görə təşəkkür edib.

Bu barədə, o, partiyasının qrup toplantısı zamanı bildirib.

Ərdoğan, həmçinin, tezliklə Qəzza ilə bağlı da ürəkaçan xoş xəbər alacağına ümid etdiyini vurğulayıb: “Qəzzada artıq vəhşilik həddinə çatmış humanitar faciəyə son qoymaq səylərimizdə dostum Trampın dəstəyinə ümid edirəm”.

.