“Sizləri səmimi qəlbdən salamlayıram. Can Azərbaycanın Müstəqillik Günündə sizlərlə birlikdə olmaqdan xoşbəxtəm. Müstəqillik Gününüzü canı-qəlbdən təbrik edirəm”.

Bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, şəhidləri rəhmət və hörmətlə yad edir: “Allah bizi şəhidlərimizin müqəddəs yolundan ayırmasın”.

Türkiyə Prezidenti: “Qardaşlığımızı Allah əbədi etsin!”

“İki həftə əvvəl Artvin-Rizə hava limanının açılışında qardaşım İlham Əliyevlə birlikdə iştirak etmişdik, bu gün də burada birlikdəyik”.

Bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti Nobel mükafatı laureatı Əziz Sancara festivala qatıldığı üçün təşəkkür edib: “Qafqaz İslam Ordusunun Azərbaycanlı qardaşımızla azadlığında iştirak etdiyi torpaqların hər qarışına, Zəngəzura, Laçına, Şuşaya, Azərbaycanın hər bölgəsinə salamımı göndərirəm. Qardaşlığımızı Allah əbədi etsin!”

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün diplomatik əlaqələrin 30 illiyini böyük qürurla qeyd edirik: “Diplomatik əlaqələrimiz 30 il əvvəl qurulsa da, qədər birliyimiz tarixin dərinliyinə uzanır. Hər zaman ürəklərimiz, biləklərimiz ortaq mübarizədə bir olub”.

Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara bilməz”

“Bizlər kədəri də, sevinci bir olan, sözdə deyil, əməlləri bir olan iki qardaş dövlətik”.

Bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Anadolu kimi bura da bizim torpağımız, Türkiyə kimi bura da Vətənimizdir: “Türkiyənin hər bir qarışı da sizlərin Vətəni, yurdudur. Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara, heç kim iki qardaşı ayıra, könüllər arasına sərhəd qoya bilməz”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan əlaqələri öncə strateji tərəfdaşlığa, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatıb: ““Baykar” şirkətinin Akıncı pilotsuz aparatı Türkiyədən Azərbaycana uçaraq bir rekord qırdı. Azərbaycan və Türkiyə münasibətlərini dünyaya örnək olan bir səviyyəyə çıxardıq. Səfərimin Azərbaycanın qədim şəhəri olan Şuşa ilində baş tutmasının ayrıca önəmi var”.

Türkiyə Prezidenti: “Qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi”

“Sizlərə “Can Azərbaycan!”, “Qarabağ!” deyəndə qəlbində fırtınalar qopanq 85 milyonun salamını gətirdim”.

Bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan qarşılaşdığı saysız haqsızlığa rəğmən mədəniyyətdə və inkişafda dastan yazıb: “Biz haqsızlıq qarşısında susanlardan olmadıq, olmayacağıq. Bu vəsilə ilə Heydər Əliyev atamızı da yad edirəm, məkanı cənnət olsun. Biz təhdidlə qorxudulanlardan olmadıq, olmayacağıq. Haqlı davamızı müdafiə etməkdən geri durmadıq, durmayacağıq. Bizim kimsənin torpağında gözümüz olmadığı kimi kiməsə verəcəyimiz bir qarış torpağımız yoxdur. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Müzəffər Ali Baş Komandan, qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi. Ağıl, texnologiya və vətənpərvərlik bir araya gələndə nələrin olduğunu bütün dünya gördü”.

Türkiyə Prezidenti: “Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

“Bu gün Texnofest festivalını ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizin qürurunu yaşayırıq”.

Bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, siz gənclər sabahın pilotsuz aparatlarını, yüksək texnoloji avadanlıqlarını kəşf edənlər sırasında olacaqsınız: “Gənclərimiz bu sahədə birlikdə addımlayacağıq. Texnofest nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq.

.