Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi balansı dəyişdirdi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.

O bəyan edib ki, Türkiyə bu zəfəri son olaraq deyil, Qafqazda barışa gedən yolun əvvəli olaraq görür:

"Biz davamlı sülhlə bağlı son dərəcədə ümidvarıq. İlham Əliyevin bu sahədə atdığı addımları təqdirəlayiqdir. Ermənistan Baş naziri Nikol Paşinyanın bu istiqamətdə atdığı cəsur addımlarını da izləyirik".

.