Baş nazir Ərdoğan yenə çox sərt danışıb.
Türkiyə baş naziri R.T.Ərdoğan partiyasının qrup toplantısında çıxış edir. O, MHP (Milliyətçi Hərəkat Partiyası) lideri Dövlət Baxçalıya qarşı təhqiramiz ifadələrdən istifadə edib: "Bu gün səhər verdiyi açıqlamaya baxsanız görərsiniz ki, Baxçalı yenə ağzından tüpürcəklər axa-axa danışır. Amma biz o cür danışmırıq.
Baxçalının danışığı şər-böhtan dolu danışıqdır. 16-17 ildir partiyanın lideridir. Partiyanın olduğu yer məlumdur. MHP-ni alçaldan bu adamla heç bir yerə vara bilməzsiniz. Bu adam siyasətdə şagird belə olmadı və olmayacaq da. Bu adamın sədr olmağı MHP üçün təhlükəlidir. Oğluma yer təsis edilib – Baxçalı bunu deyir. Ey Baxçalı sübut edə bilməzsən, alçaqsan, şərəfsizsən”(publika.az).
.
