
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlər arasındakı münasibətlərdən fərqlidir. Biz Azərbaycana təkcə dostluqla deyil, həm də qardaşlıqla bağlıyıq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, bu mənada “İki dövlət, bir millət” şüarı sıradan bir ifadə deyil.
“O, dərin mənaları ehtiva edir və konkret qarşılığı var. Biz bunu tarix boyu dəfələrlə sübut etmişik. Ona görə də bu bölgədə baş verən hadisələrə kənardan baxa bilmərik. Cənubi Qafqazda sülh və əmin-amanlıq hamıya fayda verəcək. Azərbaycan və Ermənistan arasında sülh prosesinin diplomatik çərçivəsi də tamamlanıb. 2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən danışıqlarda sülh sazişinin yekun mətni ilə bağlı razılıq əldə olunub. Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir. Bu regionun inkişafı təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, bizim üçün, İran və digər ölkələr üçün bir fürsətdir”.
.