İran hazırda ABŞ-la birbaşa danışıqlar aparmır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi öz Telegram kanalında bildirib.

“Hazırda ABŞ-la danışıqlar aparmırıq. Danışıqların bərpası üçün zəmin yaratmaq məqsədilə vasitəçilər üzərindən mesaj mübadiləsi davam edir”, - Əraqçi qeyd edib.

Nazir əlavə edib ki, ABŞ qarşılıqlı anlaşma memorandumunun pozulması ilə bağlı məsuliyyəti aradan qaldırmayana qədər Vaşinqtonla dialoqun mümkün olmadığını bildirib.

.