Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Bunu Baş nazir Əli Əsədov II Azərbaycan Türkiyə İnvestisiya Forumunda deyib.
O bildirib ki, bu gün burada Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair imzalanacaq sənəd bunun sübutudur.
"Qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir. Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir. Müdafiə sənayesini də xüsusilə qeyd etmək istərdim. Azərbaycanda bu sahə son zamanlar yüksək templə inkişaf edir. Türkiyə ilə bu baxımdan səmərəli əməkdaşlıq qurulub", - Baş nazir qeyd edib.
.
