“Son dövrlərdə mediada aparılacaq islahatların yol xəritəsinin konturları görünməkdədir”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, “Media haqqında” qanun layihəsinin hazırlanması üzrə tədbirlər davam etdirilir: “Yeni qanun layihəsi üzərində işlər artıq yekunlaşıb. Qısa müddətdə bu qanun layihəsinin Milli Məclisin komitələrində və plenar iclasında müzakirələri həyata keçiriləcək”.

Azərbaycanda media subyektlərinə vergi güzəştləri təklif edilir

“Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihələr hazırlanıb”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir: “Yaxın vaxtlarda bununla bağlı da açıqlamalar veriləcək”.

Ə. İsmayılov qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə bu yöndə mütəmadi müzakirələr aparılır: “Artıq jurnalistlərin narahat olduğu məqamlarla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün konkret layihə var. Həm “Media haqqında” qanun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyirik. Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur. Media subyektlərinin həm mənfəət, həm ƏDV-dən azad edilməsi təklif edilir. Bir sıra nazirliklərin fikirləri var və bu istiqamətdə iş aparılır. Sənəd tam hazır olduqdan sonra müzakirələrə təqdim ediləcək”.

Ə. İsmayılov media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində işlərin davam edəcəyini vurğulayıb.

Media İnkişafı Agentliyi diffamasiya ilə bağlı araşdırma aparır

“Mediada islahatların birinci istiqaməti normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı idi”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, buna görə də yeni “Media haqqında” qanun layihəsi hazırlanıb.

Ə. İsmayılovun sözlərinə görə, MEDİA tərəfindən diffamasiya ilə bağlı araşdırmalar aparılır.

“Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə dəyişiklik etməklə, cəzaların dekriminallaşması ilə diffamasiya ilə bağlı dəyişikliyə gedə bilərik”, - Ə. İsmayılov vurğulayıb.

Agentlik sədri: “Onlayn media subyektlərinə güzəştlərin edilməsi üzərində iş gedir”

“Onlayn media subyektlərinə güzəştlərinin müəyyən edilməsi üzərində müvafiq nazirlikdə iş gedir”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, xarici ölkədə yerləşən serverlərin daxili DATA mərkəzə yerləşdirilməsi üçün müvafiq nazirlikdə İşçi qrup yaradılıb.

Ə. İsmayılov qeyd edib ki, hazırda çap mediası və onlayn mediaya dəstək göstərilir: “Bu dəstək yalnız inkişafa dəstək məqsədi daşımalıdır. Bununla bağlı monitorinqlər aparmışıq və nəticələr əlimizdə var. Maddi dəstək sırf inkişafa meylli olmalıdır. Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək. Bizim mediamız çoxdur və hamı da öz peşəkarlığını ortaya qoymaq istəyir. Biz bu imkanı onlara təqdim etmək istəyirik”.

O diqqətə çatdırıb ki, jurnalistləri peşəkarlığının artırılması ilə bağlı da işlər gedir.

Agentlik: Media subyektlərinə güzəştli kreditlər verilə bilər

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Medianın İnkişafı Agentliyi arasında müzakirələr davam etdirilir. Müvafiq qurumların media sahəsinin kömək xarakterli təklifləri dəyərləndirilməkdədir.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov bildirib ki, media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır:

“Eyni zamanda MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır. Media dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb”.

Əhməd İsmayılov Biznes subyektləri ilə media subyektləri arasında müzakirələrin keçiriləcəyini də söyləyib.

“Bu görüşdə reklam məsələləri, media subyektlərini və biznes subyektlərini narahat edən məsələlər müzakirə ediləcək. Media subyektləri üçün biznes təlimlərinin keçirilməsi də planlaşdırılır”.

İcraçı direktor qeyd edib ki, milli mətbuat günü ərəfəsində “Bakı Media həftəsi”nin keçirilməsi nəzərdə tutulur: “Eyni zamanda “İctimai proseslər mediada” adlı Davos formatında tədbir təşkil etməyi düşünürük. Bu adı gələcəkdə inkişaf etdirib başqa adla da bu tədbiri keçirə bilərik. Çünki ictimai proseslər, məişət zorakılıqları ilə bağlı qurumlar tərəfindən mediaya tənqidlər səsləndirilir. Bu tədbirdə bütün media subyektləri və həmin qurumların nümayəndələri də iştirak edəcək. Biz region mediasına dəstək layihəsi də həyata keçirəcəyik”.

Azərbaycanda onlayn mediaya dair standartlar hazırlanacaq

“Strateji planlaşdırma istiqamətində də iş gedir. Onlayn media sahəsində reklam işinin optimallaşdırılması və potensialının gücləndirilməsi istiqamətində xüsusi layihə konsepti – MediaAd hazırlanacaq”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, onlayn mediada standartlar da hazırlanacaq.

Ə. İsmayılov qeyd edib ki, bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar media subyektlərin fəaliyyətinə mənfi təsir edir: “Peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilir. Biz cəmiyyətimizi çaşdırıcı informasiyalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq”.

.