Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə tarixində ilkə imza atıb. O bir həftə ərzində dünya ətrafında tam dövrə vuran ilk xarici işlər naziri olub. Davudoğlu bu müddət ərzində Alma-ata , Kuşimoto, Xirosimo, Ankoreq, Meksika, Santo Daminqo, Port Prins, Nyu-York və Dublin şəhərlərində olub. 7 günün 43 saat 40 dəqiqəsini havada keçirən türk diplomat 37.7 min km məsafə qət edib.
Aprelin 10-da Ankaradan yola düşən və 17-si vətənə qayıdan türkiyənin xarici işlər naziri bu müddət ərzində müxtəlif ölkələrdə danışıqlar həyata keçirib. Davudoğlu səfərin olduqca çətin olduğunu etiraf etsə də, buna görə hefslənmədiyini, əksinə qurur duyduğunu bildirib.
.