Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı Prezident İlham Əliyevə təqdim olunub.

Yenizaman.az-ın məlumatına görə, tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb.

Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir.
.