Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.

Bu barədə komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiyada 700-dən çox müraciətə baxacaq: “Burada həbsdə olan qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri ilə bağlı həbs olunanlar, ömürlük məhkumlar və sairə barədə müraciətlərə baxılacaq. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Gərgin və məhsuldar müzakirələr oldu”.

Rəşad Məcid deyib ki, növbəti iclasın vaxtı barədə məlumat veriləcək.

.