Əfqanıstanın təhlükəsizlik qüvvələri və ordusu ötən sutka ərzində "Taliban" radikal hərəkatına qarşı xüsusi əməliyyatlar keçiriblər.

"TASS" verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, xüsusi əməliyyatlar ölkənin Nəngərhar, Pəktika, Lövgər, Qəzni, Qəndəhar, Herat, Bəlx, Cövzcan, Səməngan, Səri-Pul, Hilmənd, Bədəxşan, Kündüz və Bəğlan əyalətlərində keçirilib.

Bildirilir ki, xüsusi əməliyyatlar zamanı 175 "Taliban" üzvü məhv edilib, 84 silahlı isə yaralanıb.

.