Türkiyəli məşhur müğənni Ebru Gündeş 2010-cu ildə evləndiyi iş adamı Reza Zarrabdan boşanmaq üçün məhkəməyə müraciət edib.

“Hürriyet” xəbər verir ki, Ebru Gündeş Zerrabın başqa qadınlarla münasibəti olduğunu əsas gətirib və hətta onlardan birini yaxından tanıdığını da deyib.

O bildirib ki, bu münasibətlərə həm qızı, həm də onun baxıcısı şahiddir və özü də bunları fərqli mənbələrdən dəqiqləşdirib.

Qeyd edək ki, Reza Zarrab Təbriz şəhərində anadan olub və əslən azərbaycanlıdır. O, Türkiyədə fərqli sahələrdə fəaliyyət göstərən holdinqin sahibidir.

.