Ölkədə 1 milyon 700 mindən çox nəqliyyat vasitəsi var.

Bunu Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

O bildirib ki, bunun 60 faizinin istismar müdəti 20 ildən artıqdır:

"Hesab edirik ki, yeni qanun layihəsi bu prosesin tənzimlənməsinə öz müsbət təsirini göstərəcək".

.