Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BPİ DYPİ) Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində hərəkət məhdudlaşdırılması barədə açıqlama yayıb.

İdarədən daxil olan açıqlamada xatırladılıb ki, bu gündən Bakı Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda təmir-tikinti işləri ilə əlaqədar olaraq hərəkət məhdudlaşdırılır.

Bakı Şəhər BPİ DYPİ bu istiqamətdə hərəkət etməli olan sürücülərə tövsiyə edir ki, Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən, Binəqədi şosesi - Binəqədi-Biləcəri, Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etsinlər.
.