Dünyanın ən böyük radio teleskopunun tikintisi gələn ay başlayır.

FT xəbər verir ki, Cənubi Afrika Respublikasının Karu (Karoo) bölgəsində 200 böyük qəbuledici və Qərbi Avstraliyada 130 min “milad ağacı” antenindən ibarət 2 trilyon avro dəyərində nəzərdə tutulan SKA rəsədxanası hazırda fəaliyyət göstərən teleskoplardan azı 10 qat güclü olacaq. Alimlərin qənaətincə, indiyədək görünməmiş uzunluqda dalğalar qəbul edəcək yeni rəsədxana vasitəsilə qalaktikaların yaranması və inkişafından tutmuş, uzaq planetlərdə həyat əlamətlərini ayırd etməyə qədər bir çox məsələləri həll etmək mümkün olacaq.

İştirakçıların fikrincə, texniki, elmi və maliyyə məsələləri tikinti işlərinə başlamaq üçün lazımi səviyyədədir, dizayn və mühəndis hazırlığı isə 2029-cu ilin iyul ayınadək həll olunacaq.

SKA baş direktoru Filip Daymond deyib:

“Bu anı 30 ildir gözləyirdik. Bir yox, iki ən böyük, ən mükəmməl radio teleskop şəbəkəsi vasitəsilə kainatımızın sirlərinə açar tapmaq olacaq”.

Qeyd edək ki, SKA layihəsinin təsisçi üzvləri Avstraliya, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Çin, İtaliya, Niderland, Portuqaliya, üzvlüyə namizəd ölkələr isə Fransa, İspaniya, İsveçrə, Almaniya, İsveç, Hindistan, Yaponiya, Cənubi Koreya və Kanadadır.

.