Rusiya iqtisadiyyatı ilə sıx iqtisadi əlaqələrə görə, Mərkəzi Asiya və Cənubi Qafqazın əksər ölkələrində iqtisadi artımın zəifləyəcəyi gözlənilir.

Bu barədə Dünya Bankının (DB) “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında qeyd edilib.

Dünya Bankı hər iki subregionda artımın 2021-ci ildən etibarən 2022-ci ildə təxminən iki dəfə azalacağını, Mərkəzi Asiyada 2,4 faizə, Cənubi Qafqazda isə 3,4 faizə enəcəyini proqnozlaşdırır. Hesabatda qeyd edilir ki, qlobal əmtəə qiymətlərinin artması ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi ölkələr yüksək gəlirlər əldə etsə də, bu gəlirlərin iqtisadiyyatlara faydası məhdud olacaq.

Buna təsir edən əsas amillərdən biri kimi Azərbaycanda neft sektorunun tam gücünə yaxın səviyyədə işləməsi, Qazaxıstanda isə əsas boru kəmərinin daha əvvəl kəsilməsi ilə yaranan təchizat məhdudiyyətləridir.

DB hesab edir ki, ümumilikdə xarici tələbatın kəskin azalması və Rusiyadan pul köçürmələri ilə bağlı problemlər yüksək əmtəə qiymətlərindən əldə edilən qazancdan daha çox bu iqtisadiyyatlara təsir edəcək.

.