
"COVID-19 pandemiyasına baxmayaraq, bizim Azərbaycandakı aktiv layihələrimizin icrasında əhəmiyyətli gecikmələr olmayıb".
Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.
Onun sözlərinə görə, bəzi treninq və kütləvi toplantılar ehtiva edən layihələrin sözügedən hissələri günün tələbinə uyğunlaşdırılıb və onlar onlayn rejimə keçirilib. Bundan əlavə, son altı ayda işlər daha da yaxşılaşıb və qrafikdən geri qalan layihələr də öz cədvəlinə uyğunlaşdırılıb.
S. Maykl qeyd edib ki, satınalmalarda bəzi problemlər var idi, lakin bunlar qlobal təchizat zəncirlərindəki pozulmalarla bağlı idi: "Deyə bilərəm ki, əsasən bütün layihələrin icra göstəriciləri qənaətbəxşdir".
Xatırladaq ki, hazırda Dünya Bankının Azərbaycanda dörd aktiv layihəsi var.
Bank indiyədək Azərbaycanda reallaşan 72 layihəyə ümumilikdə 4,2 mlrd. dollardan çox vəsait ayırıb.
.