Dünya ölkələri vətəndaşlarının digər dövlətlərə vizasız giriş prinsipi üzrə illik təsnifatının hazırlanması ilə məşğul olan "Passport Index" pasportların növbəti reytinqini açıqlayıb.

Reytinqə görə dünyanın ən nüfuzlu pasportu BƏƏ-nin hesab olunub.

Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Raşid əl Maktum bu məlumatı alqışlayaraq öz "Twitter" mikrobloqunda bunları yazıb:

"Dünya öz qapılarını BƏƏ xalqının üzünə açır".
.