Dünya Bankının Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artım tempi 2,2%, 2022-ci ildə isə 2,4% təşkil edəcək.

Bankın verdiyi məlumata görə, Dünya Bankının ilin əvvəlində dərc olunan bundan öncəki proqnozunda sözügedən göstəricilər 2021-ci il üçün 2,1%, 2022-ci il üçün isə 2,2% təşkil edib.

Qeyd edək ki, bank bu il Azərbaycanda iqtisadiyyatın 0,2% azalacağını proqnozlaşdırır. İlin əvvəlində isə Dünya Bankı ölkədə ÜDM-in artım tempinin 2,3% təşkil edəcəyini proqnozlaşdırırdı.

Dünya Bankı növbəti iki ildə Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır

Dünya Bankı 2020-2022-ci illər üzrə Azərbaycanda inflyasiya proqnozunu yeniləyib.

Dünya Bankı verdiyi məlumata görə, bu il ölkədə inflyasiyanın səviyyəsi ötənilki 2,6%-dən 3,3%-dək sürətlənəcək. 2021-ci ildə Azərbaycanda inflyasiya yavaşlayaraq 2,9%, 2022-ci ildə isə 2,8% təşkil edəcəyi gözlənilir.

Bankın proqnozlarına görə, bu il inflyasiyanın gözlənilən cüzi sürətlənməsi dünyada koronavirus pandemiyası səbəbindən uzun sürən ləngimiş tələb artımı effektini əks etdirir.
.