
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvlərinin sayı artırılıb.
Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Komissiyanın üzvləri sırasına Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi əlavə edilib.
Mədəniyyət naziri Aİ ilə əməkdaşlıq üzrə Dövlət Komissiyanın üzvü olacaq
Mədəniyyət naziri Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının üzvü olacaq.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
Bundan əvvəl mədəniyyət nazirinin birinci müavini Komissiyanın üzvü olub.
.