Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib.

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Komitə Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.

Polşadakı Azərbaycan Evinə +48 732 858 585,

Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89

telefon nömrələri vasitəsilə müraciət edə bilərlər.

Telefon nömrələri 24 saat aktivdir.

.