
“Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi, eləcə də ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək bir sıra digər mühüm məsələlərin həlli istiqamətində davam etdirilən vacib və gərgin işə görə tərəflərə minnətdarlığımı bildirirəm”.
Bunu ABŞ Dövlət Katibi Antoni Blinken bəyan edib.
“Bir az sonra yayımlanacaq bir bəyanatda bildirildiyi kimi, bölgədə sülhün əldə olunması istiqamətində daha da irəliləyirik. Bu ortaq məqsədə uyğun olaraq bəzi əlavə maddələrin razılaşmaya daxil edilməsi, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin dərinləşdirilməsi istiqamətində danışıqlar davam edir.
Yekun razılığa gəlmək üçün danışıqlar davam edəcək. Qarşıdakı həftələr və aylar ərzində ümumi və yekun razılığa gəlinməsi nəzərdə tutulub”-deyə, o bildirib.
Sülh danışıqları ilə bağlı növbəti görüşün Avropada keçirilməsi nəzərdə tutulub
“Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir”.
Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken bəyan edib.
“Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”- deyə, o vurğulayıb.
.