Prezident Trampın Ermənistan və Azərbaycan arasında vasitəçilik etdiyi sülh razılaşması bütün Cənubi Qafqaz üçün transformativ bir fürsət təqdim edir.

Bu barədə ABŞ Dövlət Departamentindən "İmedi" telekanalına bildirilib.

Qeyd olunub ki, Gürcüstan bu razılaşmanın mümkün etdiyi sabitlik və rifaha həm töhfə verə, həm də ondan böyük fayda əldə edə bilər.

Dövlət Departamenti ABŞ-ın Gürcüstanla konstruktiv münasibətlər qurmağı səbirsizliklə gözlədiyi vurğulanıb:

"Biz ikitərəfli münasibətlərimizə və Gürcüstandakı siyasi mühitə təsir edən məsələlərlə bağlı Gürcüstan hökuməti ilə əlaqə saxlamağa davam edəcəyik".

.