ABŞ Qarabağa humanitar yardımın çatdırılması üçün Azərbaycan və Ermənistanla fasiləsiz işləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, Qarabağda əhali üçün zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etmək üçün Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri arasında təcili görüş keçirilməlidir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.

Un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.

Yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılır.

.