2021-ci ildə Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan 13,5 mlrd. manat daxil olub.

Bu, 2020-ci illə müqayisədə 3,9% azdır.

Dövlət büdcəsinin neft gəlirlərinin 2,1 mlrd. manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin neft sektorundan daxilolmaları, 11,4 mlrd. manatı isə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertlərinin payına düşüb.

Qeyd edək ki, 2020-ci illə müqayisədə ötən il ARDNF-nin transfertlərinin həcmi 7% azalıb, Vergi Xidmətinin xətti ilə neft sektorundan daxilolmaları həcmi isə 16,7% artıb.

.