“Hörmətli həmkarlar, Azərbaycanın 2027-ci ildə MDB-də həmsədrliyinə dair qərarın dəstəklənməsinə görə təşəkkürümü bildirmək istərdim. Biz bunu ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirir və ümumi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə də hazırdır.
.
