Müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb, təsnifat layihələri hazırlanıb və peşə təhsilinin inkişaf istiqamətləri müəyyənləşdirilib.

Bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı keçirilən görüşdə deyib.

“Qarşımızda peşə təhsilinin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə uyğunlaşdırılması və yeni nəsil mütəxəssislərin hazırlanması kimi mühüm vəzifələr dayanır. İxtisasların təsnifata daxil edilməsi isə işin sonu deyil, əksinə, əsas mərhələ bundan sonra başlayır. Təsnifat gələcəyin mütəxəssis hazırlığını müəyyənləşdirəcək. Ona görə də bu istiqamətdə gedən müzakirələrdə aktiv iştirak edilməli, müzakirələr aparılmalıdır”, - Agentliyin direktoru bildirib.

.