
Azkalorili qidalara keçmək, salatlara üstünlük vermək əks təsirə səbəb olur. Belə ki, bədən bu cür qidaları aclıq siqnalı kimi qəbul edərək yağ toplamağa başlayır və arıqlama prosesi əks təsirlə əvəz olunur.
"İzvestiya" nəşri xəbər verir ki, bu barədə diyetoloq və sağlam qidalanma üzrə mütəxəssis Tatyana Meşeryakova məlumat verib.
"Kalorinin kəskin azalması ilə orqanizm enerjiyə qənaət rejiminə keçir, maddələr mübadiləsini ləngidir. İnsan arıqlamaq əvəzinə, hətta minimal miqdarda qidadan da kökəlməyə başlaya bilər", - deyə mütəxəssis qeyd edib.
Mütəxəssis vurğulayır ki, pəhrizin tərəvəzlə məhdudlaşdırılması yalnız protein, vitamin və mikroelementlərin çatışmazlığına gətirib çıxarır.
Qida çatışmazlığı sağlamlığa, enerji səviyyələrinə və emosional vəziyyətə təsir göstərir.
Bundan əlavə, protein çatışmazlığı ilə bədən əzələ toxumasını istifadə etməyə başlayır, bu da maddələr mübadiləsini daha da yavaşladır.
.