Daxili İşlər Nazirliyi Salyanda törədilən qətllə bağlı rəsmi məlumat yayıb.

AzNews.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

E.Qasımovun meyitinin qalıqları eksqumasiya edilib.

Nazirlikdən bildirilib ki, R.Cavadovun tutulması üçün tədbirlər görülür.

Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
.