Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobus və minik avtomobilinin sürücüləri arasında yaranan insidentə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən sərnişin avtobusunun sürücüsü ilə “Toyota” markalı 99-VF-807 dövlət nömrə nişanlı avtomobilin sürücü arasında mübahisə yaşanıb. Tərəflər bir-birinin ünvanına söyüş və ağır təhqirlər səsləndiriblər.

.