Dövlət Gömrük Komitəsinin strukturu dəyişib.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, ərazi gömrük idarələri aşağıdakı kimi olacaq:

2.1.1. Bakı Baş Gömrük İdarəsi;

2.1.2. Naxçıvan Baş Gömrük İdarəsi;

2.1.3. Astara Gömrük İdarəsi;

2.1.4. Balakən Gömrük İdarəsi;

2.1.5. Biləsuvar Gömrük İdarəsi;

2.1.6. Gəncə Gömrük İdarəsi;

2.1.7. Xaçmaz Gömrük İdarəsi;

2.1.8. Sumqayıt Gömrük İdarəsi;

2.1.9. Şərqi Zəngəzur Gömrük İdarəsi;

2.1.10. Tovuz Gömrük İdarəsi;”;

Eyni zamanda fərmana əsasən, yeni - Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi yaradılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, indiyə qədər Dövlət Gömrük Komitəsinin aşağıdakı ərazi gömrük idarələri olub:

- Bakı Baş Gömrük İdarəsi

- Naxçıvan Baş Gömrük İdarəsi

- Sumqayıt Baş Gömrük İdarəsi

- Şimal Ərazi Baş Gömrük İdarəsi

- Cənub Ərazi Baş Gömrük İdarəsi

- Qərb Ərazi Baş Gömrük İdarəsi

Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib

Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” və “Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” siyahıdan çıxarılıb.

“Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi” sözləri “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi” sözləri ilə əvəz edilib.

.