Kəlbəcərin 132 kəndi mövcuddur, o kəndlərdən eləsi var ki, 15 ailə yaşayır”.

Bunu parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, bir çox rayonlarda belə kəndlər mövcuddur: “Məsələn, Lerikdə 160-dan çox kənd var. Bu gün bütün deputatlara ucqar kəndlərdən məktublar gəlir və elə təəssürat yaranır ki, guya onlar inkişafdan kənar qalır. Amma sovet dövründə 3-4 yaxın adam birləşib gedib yaşayıblar və belə kəndlər yaranıb”.

Aqrar siyasət komitəsinin sədri qeyd edib ki, indiyə qədər 12 milyard manat vəsait azad edilmiş ərazilərin bərpasına xərclənib: “Yenə də büdcəmizdən bu istiqamətə vəsait ayrılır. O ərazilər bu gün bərpa olunur. Bu qanun layihələri bir daha göstərir ki, həmin ərazilərdə əhalinin kənarda yerləşdirilməsi həyata keçiriləcək. Bu da çox düzdür. Həm nəqliyyatın idarəetməsi baxımından da bu çox əlverişli olacaq”.

.