Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Qazançı kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.
Anar Məmmədov əvvəlcə ölkədə və dünyada gedən proseslərdən, ölkə rəhbəri tərəfindən aparılan çox uğurlu daxili və xarici siyasətdən geniş söhbət açıb. O, öz çıxışında imzalanan sərəncam və fərmanların  əhəmiyyətindən, yeni istifadəyə verilən obyektlərin açılışlarından söhbət açıb.        
Görüşdə seçicilər kəndin içməli su problemi, qaz xəttinin çəkilişi, hüquqi yardım, sosial yönümlü məsələlərlə bağlı millət vəkili Anar Məmmədova müraciət ediblər. 
Müraciətlərin həlli ilə bağlı qeydiyyatlar götürülüb, aidiyyəti qurumlara şikayətlərin həlli ilə bağlı sorğular göndəriləcəyi vurğulanıb.

.