Milli Məclisin deputatı Anar Məmmədov Goranboy şəhər məscidində Məhərrəm ayının başlanması münasibətilə bir qrup din xadimi ilə görüş keçirib.
Görüşdə çıxış edən Anar Məmmədov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır.
Görüşdə iştirak edən Goranboy şəhər məscidinin baş axundu hacı Anar Orucov multikultural dəyərlərdən danışıb, ölkəmizdə bu sahədə görülən işlərə, göstərilən qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib, sonda millət vəkilinə müqəddəs Qurani-Kərim kitabını hədiyyə edib.
