
Daşkəsəndə 21 yaşlı gəncin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Hər iki şəxsin rayonun Xoşbulaq kəndində evləri var.
Onlar ötən gün sözügedən kəndə istirahətə gediblər. Kənddə yeyib, içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı qətlə yetirilən İlkin Məmmədov hadisəni törətməkdə şübhəli bilinən Elçin İsmayılovun ünvanına nalayiq sözlər deyib.
Bu zaman sonuncu İ. Məmmədova bir neçə bıçaq zərbəsi vurub. Bıçaq xəsarəti alan şəxs xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub. Onların yaxın dost olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Daşkəsəndə 21 yaşlı gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə Daşkəsən rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən, 20 yaşlı Gəncə şəhər sakini Elçin İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
.