Con Makkeyn ABŞ Prezident Administrasiyasına qarşı mövqeyi ilə seçilən Amerika senatorudur, səhər şoularının birinin efirində Barak Obamanın xarici siyasətinə qarşı kəskin tənqidlə çıxış edib.
Yenizaman.az RİA Novosti-yə istinadən xəbər verir ki, siyasətçi İraqda yaranan vəziyyətin ABŞ üçün bütün mümkün təhlükələrdən ən qorxulusu olduğunu bəyan edib.
Makkeynin fikrinə görə, İraqda son hadisələr zamanı, xüsusilə də "İraq və Şam İslam dövləti” qruplaşmasının güclənməsində Obama administrasiyası məsuliyyət daşıyır, onun əmri ilə 2011-ci ildə ABŞ bu ölkənin ərazisindən ordunu çıxardı.
"Biz qalib gəldik. General Devid Petreus bu münaqişədən qalib çıxdı. Əgər biz yetərli sayda qoşun saxlasaydıq, bu gün böhranla üzləşməzdik. Bu fundamental aktdır. Əsas fakt odur ki, biz bu münaqişədə qalib gəldik. Bizim sabit hakimiyyətimiz var idi. Amma prezident yaxşılıq etmək istədi, amma həmişəki kimi əksinə alındı və bu bizə baha başa gələcək. Mən bunu hələ 2011-ci ildə demişdim” – Makkeyn bəyan edib.
Barak Obama iyunun 12-də ABŞ-ın İraqda vəziyyəti tənzimləməsi üçün tədbirlər həyata keçirəcəyini bildirdi, amma tədbirlərin nədən ibarət olacağını dəqiqləşdirmədi. Makkeynin fikrincə bu vəziyyətdə "yaxşı variant yoxdur”. O, hesab edir ki, məhdud aviasiya zərbələri də problemi həll etməyəcək.
.