
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.
Vurğulanıb ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.
.